Ermənistan hökuməti Qarabağdan könüllü köçmüş ermənilərə ayırdığı sosial yardımı dayandırmaq qərarına gəlib. Tribunainfo.az xəbər verir ki, aprelin 1-dən etibarən İrəvan onlara hər ay verilən 50 min dram (170 manat) pulu kəsəcək.
Hökumət bunu belə əsaslandırıb ki, Qarabağdan könüllü köçmüş ermənilər bu müddət ərzində özlərinə iş tapıblar, məşğulluqla təmin ediliblər və kiçik bir hissəsinin sosial yardıma ehtiyacı var.
Lakin ermənilər bununla razı deyillər. Onlar sabahdan etibarən Ermənistanda etiraz aksiyalarına başlamaq barədə qərar veriblər. Bu məsələdə İrəvanda mənzillənmiş separatçılar da onlara dəstək verəcəklər.