AzVision.az “DownDetector” platformasının məlumatına istinadən xəbər verir ki, bütün ölkə ərazisində internet və sosial şəbəkələrdə fasilələr qeydə alınıb. İstanbul Valiliyinin açıqlamasında “19-23 mart tarixləri arasında nümayişlərin qadağan edildiyi” bildirilib.
Bütün bunlara səbəb İstanbul prokurorluğunun şəhərin meri vətürk müxalifət lideri Əkrəm İmamoğlu və onnu köməkçisi Murad Öngün dədaxil olmaqla 105 dövlət qulluqçusu və siyasi fəalın həbsinə qərar verməsidir.
İmamoğlunun İstanbulun şimalındakı Sarıyer rayonundakı evində axtarışlar davam edir. Prokurorluq mer və onun administrasiyasının üzvlərinə qarşı korrupsiya və terrorçularla əməkdaşlıq ittihamı irəli sürüb.
Bir gün əvvəlİstanbul Universiteti İmamoğlunun ali təhsil diplomunu şəhərin Baş Prokurorluğunun qanuniliyinin müəyyənləşdirilməsi tələbinə əsasən aşkarlanmış pozuntulara görə ləğv edib.
Bu gün isə əvvəlcə tibbi müayinəyə aparılan Əkrəm İmamoğlu daha sonra məhkəməyə gətirilib.
Sahil İsgəndərov
AzVision.az