Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 87,1 min tonkarbamid istehsal edilib.
Trend bubarədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, karbamid istehsalı ötən ilin eyni dövrü iləmüqayisədə 24 min ton və ya 21,6% azdır. Belə ki, ötən ilinyanvar-fevral aylarında Azərbaycanda 111,1 min ton karbamidistehsal olunub.
Qeyd edək ki, cari ilin martın birinə ölkədə hazır karbamidehtiyatının miqdarı 27 min ton olub.
Məlumat üçün bildirək ki, bəhs olunan dövrdə Azərbaycanda kimyasənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütləməmulatlarının istehsalı sahələrində 363,9 milyon manatlıq məhsulistehsal edilib.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə, əczaçılıqməhsullarının istehsalı 21,4%, kimya sənayesi məhsullarınınistehsalı 11,4% artıb, rezin və plastik kütlə məmulatlarınınistehsalı isə 3,6% azalıb.