Bakı. Trend:
Azərbaycan Respublikasının Kosmik Agentliyinin (“Azərkosmos”)işçilərinin könüllü tibbi sığortasına sərf olunacaq vəsaitin həcmiməlum olub.
Trend-in əldəetdiyi məlumata görə, agentliyin 240 işçisi bu sığortadanyararlanacaq.
Belə ki, bir nəfər üçün bir illik sığorta məbləğinin ən azı 10000 manat olması müəyyənləşdirilib.
Hazırda “Azərkosmos” bununla bağlı müvafiq işlərə yekun vurub vəişçilərini sığortalayacaq şirkətlə - “Azərbaycan Sənaye Sığorta”Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə müqavilə bağlayıb.
Müqqaviləyə əsasən, ASC-yə 71 760 manat ödənilib.