İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağına təşkil etdiyi hücumlardan sonra açıqlama verib.
Publika.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilib ki, İsrail HƏMAS-a qarşı gərgin mübarizəyə qayıdıb, kəşfiyyat xidmətləri və İsrail ordusu da bu addımı dəstəkləyib.
Netanyahu HƏMAS-ın daha çox əsirlərin azad edilməsi ilə bağlı bütün təklifləri rədd etdiyini, buna görə də hərbi əməliyyatların bərpa olunduğunu bildirib: "Bundan sonra danışıqlar yalnız atəş altında aparılacaq. Bu, yalnız başlanğıcdır".
Baş nazir vurğulayıb ki, İsrail Qəzzada bütün məqsədlərinə çatana qədər hücumlarını davam etdirəcək.