“Nvidia” və “General Motors” şirkətləri yeni nəsil avtomobil istehsalı üçün süni intellekt sahəsində əməkdaşlığa başlayıblar.
İndex.az xəbər verir ki, “Nvidia” və “General Motors”un əməkdaşlığına süni intellektlə yanaşı, simulyasiya və sürətləndirilmiş hesablama texnologiyaları da aiddir.
Adı çəkilən şirkətlər bu funksiyalardan istifadə edərək yeni nəsil avtomobillərin, fabriklərin və robotların inkişafı üçün əməkdaşlıq edəcəklər.