AZ

İlon Maskın şirkəti 10 dollara ucuz peyk internet tarifini işə salır

İlon Maskın "SpaceX" şirkəti tələbkar olmayan istifadəçilər üçün büdcə "Starlink Roam 10GB" peyk internet planını təqdim edib...

Poliqon xəbər verir ki, bu barədə NotebookCheck portalı məlumat yayıb.

Qeyd olunur ki, "Starlink Roam 10GB" ayda 10 dollara maksimum sürətlə 10 GB trafik ehtiva etdiyi üçün yeni tarif səyahətçilər və ya ehtiyat rabitə mənbəyi axtaranlar üçün uyğundur. Həddini aşdıqdan sonra giriş əlavə olaraq hər 1 GB üçün 2 dollar hesablanır.

"Starlink Roam 10GB" şirkətin ən ucuz planıdır və tələbləri yüksək olan istehlakçılar üçün "SpaceX 50" dollara "Starlink Roam 50GB" kimi alternativ planlar və ayda 165 dollara limitsiz məlumat ötürmə paketi təklif edir.

Tarif xəttinin genişlənməsinə baxmayaraq, şəbəkəyə qoşulmaq üçün tələb olunan avadanlığın qiyməti dəyişməz qalıb: standart dəst 350 dollar, "Starlink Mini Kit" isə 120 dollar endirimlə əldə edilir.

Poliqon.info

Seçilən
12
poliqon.info

1Mənbələr