Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Krasnodar diyarı üzrə əməkdaşları Ukrayna xüsusi xidmət orqanlarına hərbi obyekt haqqında məlumat ötürən Rusiya vətəndaşını saxlayıblar.
Herbiand.az bu barədə TASS agentliyinə istinadən bildirir.
Məlumata görə, faktla bağlı dövlətə xəyanət maddəsi ilə cinayət işi açılıb.
“Rusiyanın Krasnodar diyarı üzrə Federal Təhlükəsizlik Xidməti dövlətə xəyanətdə iştirak edən 1979-cu il təvəllüdlü Rusiya vətəndaşının qanunsuz fəaliyyətini dayandırıb. Əməliyyat-istintaq tədbirləri zamanı müəyyən edilib ki, yerli sakin Ukrayna xüsusi xidmət orqanlarının nümayəndələri ilə fəal əlaqə saxlayıb. Müttəhim kuratordan tapşırığı aldıqdan sonra Krasnodar diyarında hərbi obyektin fəaliyyəti haqqında məlumat toplayıb və ötürüb”, - məlumatda deyilir.
Bəxtiyar CƏFƏRLİ