Səhər saatlarında Cənub bölgəsində küləyin güclü olması Lənkəranda bəzi fəsadlara səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, irigövdəli ağacın aşması magistralda (köhnə Bakı-Astara) və Lənkəran-Boradigah-Masallı yolunun Vilvan kəndi ərazisində müəyyən məhdudiyyət yaradıb.
Lənkəranın elektrik təsərrüfatına ciddi ziyan dəyib, 850 abonent işıqsız qalıb. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Ağacların magistral yoldan götürülməsi və kəndin elektrik enerjisinin bərpası istiqamətində tədbirlər görülür.
Qeyd edək ki, hazırda rayon ərazisində külək səngiyib.
Surxay Şahbazov



