AZ

“Səbail”in baş məşqçisi diskvalifikasiya olunub

“Səbail”in U-17 komandasının baş məşqçisi Ceyhun Cavadov cəzalandırılıb.

İdman.biz xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

O, U-17 Liqasının “Sumqayıt” – “Səbail” matçındakı hərəkətinə görə cəza alıb. Cavadov qarşılaşmanın 16-cı dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırılıb. AFFA çalışdırıcını 5 oyunluq diskvalifikasya edib.

İdman.biz

Seçilən
84
idman.biz

1Mənbələr