AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XXVII turunda keçirilən iki oyunla bağlı qərarını açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, komitə “Qarabağ” və “Sabah”ı cərimələyib.
“Kəpəz”lə səfər oyunu bitdikdən sonra azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” 1500 manat cərimə ödəməli olacaq. “Zirə” ilə qarşılaşmada isə Əsasnamənin tələblərinin pozulması “Sabah”ı 500 manat ziyana salıb.