AZ

Azarkeşləri “Mingəçevir”i ziyana saldı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda I Liqanın XVIII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

13.03.2025-ci il tarixində I Liqada XVIII turun “Cəbrayıl” – “Difai” oyununda “Cəbrayıl” komandasında 4 nəfər sarı vərəqə aldığına görə “Cəbrayıl” komandası 70 manat cərimə edilsin (maddə 37);

13.03.2025-ci il tarixində I Liqada XVIII turun “Cəbrayıl” – “Difai” oyununun 25-ci dəqiqəsində “Cəbrayıl” komandasının 44 nömrəli futbolçusu Samir İbrahimov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Cəbrayıl” komandası 100 manat cərimə edilsin (maddə 41);

13.03.2025-ci il tarixində I Liqada XVIII turun “Cəbrayıl” – “Difai” oyununun 76-cı dəqiqəsində “Cəbrayıl” komandasının 8 nömrəli futbolçusu Zeynəddin Abdurahmanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Cəbrayıl” komandası 50 manat cərimə edilsin (maddə 36.5);

13.03.2025-ci il tarixində I Liqada XVIII turun “Cəbrayıl” – “Difai” oyununda xərəkdaşıyanların say limiti pozulduğuna görə “Cəbrayıl” komandası 80 manat cərimə edilsin (maddə 74.1);

14.03.2025-ci il tarixində I Liqada XVIII turun “Mingəçevir” – MOİK oyununda “Mingəçevir” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Mingəçevir” komandası 150 manat cərimə edilsin (maddə 52.2);

Seçilən
47
futbolpress.az

1Mənbələr