Rusiyanın Leninqrad vilayətində “Mi-28” tipli döyüş helikopterinin təlim uçuşu zamanı qəzaya uğradığı bildirilib.
"Cebheinfo.az" xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi hadisə yerinə axtarış-xilasetmə qrupu göndərib.
““Mi-28” tipli döyüş helikopteri planlı təlim uçuşu zamanı Leninqrad vilayətində boş ərazidə qəzaya uğrayıb. Ekipaj həyatını itirib", - deyə Müdafiə Nazirliyində bildiriblər.
Açıqlamada helikopterin sursatsız uçduğu bildirilsə də, qəzanın səbəbləri ilə bağlı məlumat verilməyib.