Bakı. Trend:
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Trend AFFA-nınrəsmi saytına istinadən xəbər verir ki, iclasda Misli PremyerLiqasının XXVII turunda qeydə alınan qayda pozuntularına hüquqiqiymət verilib.
“Kəpəz”lə oyun bitdikdən sonra “Qarabağ”ın azarkeşləritərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə Ağdamtəmsilçisi 1500 manat cərimə edilib.
Bundan başqa, “Sabah” – “Zirə” görüşündə əsasnamənin tələbləripozulduğu üçün ev sahibi komanda 500 manat ziyana düşüb.