Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb.
“Qafqazinfo” xəbər verir ki, 500 nəfərlik iftar süfrəsində Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, RİH başçısının müavinləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyəti, idmançılar və digər qonaqlar iştirak ediblər.
Müqəddəs Ramazan ayının mənəvi paklıq, mərhəmət və şəfqət ayı olmasını çıxışında qeyd edən Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev bu mübarək ayda xalqımıza və dövlətimizə xoş günlər, firavanlıq, əmin-amanlıq, şəhidlərimizə rəhmət, qazilərə can sağlığı arzulayıb, tutulan orucların, edilən duaların və niyyətlərin qəbul edilməsini diləyib.
İftar süfrəsində Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman vətən övladlarının ruhlarına dualar oxunub.





