AZ

Azərbaycanda taksi sənayesində yeni mərhələ: 2024-cü ildə Bolt-un yatırımı ilə biznesin keçid prosesi

Azərbaycanda
Bolt şirkəti Azərbaycanda nəqliyyat texnologiyasının və taksi xidməti ekosisteminin inkişafına uğurla töhfə verməkdə davam edir Son illərdə Azərbaycanın nəqliyyat ekosistemi sürətli dəyişikliklərə məruz qalaraq daha dayanıqlı və innovativ həllərin tətbiqinə yönəlib. Xüsusilə taksi sənayesində aparılan tənzimləmələr sektorun şəffaflığını artırmaqla yanaşı, sürücülər və sərnişinlər üçün daha təhlükəsiz və keyfiyyətli xidmət mühitinin yaradılmasını hədəfləyir.
Bu çərçivədə yaşıl və ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin istifadəsi təşviq edilir, rəqəmsal texnologiyaların tətbiqi genişlənir və sektorun inkişafına yönəlmiş yeni qaydalar qüvvəyə minir. Bu qaydalara riayət olunması və yeni təşəbbüslər həm taksi xidmətini göstərən şirkətlərə, həm də sərnişinlərə birbaşa təsir edib və eyni zamanda media tərəfindən də maraqla izlənilir. Hazırda Azərbaycan marketində lider olan, 50 ölkə və 600 şəhərdə fəaliyyət göstərən Bolt şirkəti qabaqcıl texnoloji həlləri və müxtəlif marketlərdəki təcrübəsi sayəsində sürücülərin və avtoparkların dəyişikliklərə asanlıqla uyğunlaşmasına dəstək olub. Bolt şirkətinin Sərnişin Vertikalı üzrə Baş Əməliyyat Meneceri Ramil Məhərrəmov bildirib: "Son illərdə Bolt Azərbaycandakı avtoparkların yenilənməsinə böyük həcmdə vəsait yatırıb. Həmçinin, taksi xidmətinin keyfiyyətini və səmərəliliyini artırmaq məqsədilə müasir avtopark idarəçilərinin inkişafına dəstək olaraq “Fleet Meneceri” master-klassını təşkil edirik. Qeyd edək ki, hər sifarişdən əldə olunan vəsaitin böyük hissəsi sürücülərə və sahibkarlara, gəlir kimi qaytarılır. Bolt tərəfindən 2024-cü ilə qədər 40 mindən çox sürücü, minlərlə yerli investor və sahibkar üçün iş və biznes imkanları yaradılmasında dəstək göstərilib. Bundan əlavə, şirkət yerli avtomobil istehsalını dəstəkləyir. Platformaya qoşulan yeni nəqliyyat vasitələrinin əksəriyyəti Azərmaş MMC şirkətinin istehsalıdır və ya yerli diler və distribyutordan alınır." Qeyd edək ki, Bolt şirkəti köhnə avtomobillərin tədricən daha yeni və ekoloji cəhətdən təmiz modellərlə əvəz olunmasına dəstək məqsədilə innovativ bir layihəyə start verib. Co-financing (birgə maliyyəşdirmə proqramı) layihəsi çərçivəsində avtoparklar Boltdan yeni avtomobillər əldə etmək üçün maliyyə dəstəyi alıb. Nəticədə, taksi şirkətləri və tərəfdaş sürücülər mərhələli şəkildə elektrik və hibrid modellərə, daha səmərəli nəqliyyat vasitələrinə keçid edir. 2024-cü ilin sonundan başlayaraq və cari il ərzində Bolt tətbiqində yeni elektrik mühərrikli taksilər tədricən istifadəyə verilir. Bolt tətbiqində mövcud olan təhlükəsizlik və rahatlığı təmin edən yeniliklər haqqında sizinlə bölüşürük:

Car/Driver Verification Feature (Avtomobil/Sürücünün uyğunluğu)

Bolt üçün əsas prioritet sərnişin və sürücünün təhlükəsizliyidir. Buna görə sürücü və nəqliyyat vasitəsi qeydiyyat məlumatları ilə tam uyğun olmalıdır. Qanunvericiliyə əsasən, 15 ildən köhnə avtomobillər deaktiv edilib. Bolt tərəfindən qanuni tələblərə əməl edərək tədbirlər görülüb və lisenziyası olmayan sürücü və avtomobilin tətbiqdə qeydiyyatdan keçməsi artıq mümkün deyil. Artıq 2023-cü ildən Bolt tərifindən Sürücünün uyğun olması funksiyası (Driver verification) icra edilib və 2024-cü ilin sonunda Avtomobilin eyniliyinin yoxlanılması və təsdiqi funksiyası (car verification) funksiyası icra edilir. Hər iki funksiya avtomobil və sürücünün uyğunluğunu yoxlayaraq, daimi qaydalara riayət olunmasını təmin edir. Sürücünün kimliyinin mütəmadi yoxlanılması və təsdiqi funksiyası, Bolt tətbiqində təhlükəsizliyi artırmaq üçün yaradılmışdır. Bu funksiya, sürücü saxtakarlığının qarşısını almağa və ümumi təhlükəsizliyi gücləndirməyə yönəlib. Qeydiyyat zamanı sürücüdən selfi çəkməsi tələb olunur və təsdiqlənmədiyi halda tətbiqdən istifadə mümkün olmur. Selfi əvvəlcə süni intellekt tərəfindən yoxlanır, əgər təsdiqlənməzsə, insan operator tərəfindən qiymətləndirilir. Hal-hazırda taksi sifarişi xidməti Azərbaycanın 24 rayonunda fəaliyyət göstərir. 2025-ci il ərzində ölkəmizin daha da çox rayonlarında xidmətin işə salınması planlaşdırılır. Xidmətin hər bir vətəndaş üçün daha əlverişli, rahat və təhlükəsiz olması məqsədilə gündəlik olaraq Bolt komandası tərəfindən inkişaf və təkmilləşdirmə işləri aparılır. Reklam hüququnda
Seçilən
32
1
1news.az

2Mənbələr