AZ

Mingəçevir klubu Azərbaycan çempionatından kənarlaşdırılıb

Bakı, 19 mart, AZƏRTAC

AFFA U-13 Liqasında çıxış edən Mingəçevirin “Uğur” klubu Azərbaycan çempionatından kənarlaşdırılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə qərar AFFA İntizam Komitəsinin iclasında verilib.

Komandaya Bərdənin “Qala” klubu ilə keçirilməli olan oyuna təyin edilən vaxtda gəlmədiyinə və görüş baş tutmadığına görə 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal 3-cü dəfə təkrarlandığı üçün “Uğur” liqadan kənarlaşdırılıb.

Seçilən
27
10
azertag.az

10Mənbələr