AZ

Bakı Forumu beynəlxalq münasibətlərdə yanaşmaların formalaşmasında mühüm rol oynayır- ÖZƏL

"XII Qlobal Bakı Forumu artıq beynəlxalq münasibətlər sahəsində dəyərli bir platformaya çevrilib. Forum iştirakçılarının - sabiq və fəaliyyətdə olan dövlət və hökumət başçılarının çoxluğu bu tədbirin əhəmiyyətini göstərir. Bu kimi tədbirlərdə müxtəlif mövqelərin və yanaşmaların səsləndirilməsi, müstəqil və açıq fikir mübadiləsi beynəlxalq məsələlərin konstruktiv həllinə töhfə verir. Məhz bu səbəbdən Bakı Forumu beynəlxalq münasibətlərdə yanaşmaların formalaşmasında mühüm rol oynayır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nurlan Həsənov deyib: "Beynəlxalq hüququn selektiv şəkildə tətbiq olunması, siyasi ikili standartlar və böhranların artması qlobal əlaqə modellərini kökündən dəyişir. Bu vəziyyətdə hər bir dövlət daxili dayanıqlığını gücləndirməli, xarici yardımlardan asılılığını minimuma endirməlidir. Dövlətimizin başçısı vurğulayıb ki, beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var: "Gələcək üçün vacib məsələlərdən biri odur ki, ölkələr beynəlxalq təsisatlar çərçivəsində fəaliyyətə deyil, ikitərəfli münasibətlərə daha çox əhəmiyyət verəcəklər. Çünki bu gün bəzi beynəlxalq təşkilatlar ya öz zəifliyini nümayiş etdirir və ya tamamilə iflic vəziyyətindədir. Əlbəttə, biz hələ ki, qlobal transformasiyanın ilkin mərhələsindəyik və bir çox məsələ hadisələrin gedişatından asılı olacaq".
Bəzi beynəlxalq təşkilatlar ya qeyri-effektiv fəaliyyət göstərir, ya da praktiki olaraq fəaliyyət qabiliyyətini itirib. Məhz bu səbəbdən artıq dövlətlər daha çox ikitərəfli əlaqələrə üstünlük verirlər. Çünki ikitərəfli münasibətlər daha çevik, şəffaf və konkret maraqlara əsaslanır. Bu, həm də beynəlxalq sistemin transformasiya dövründə baş verən təbii dəyişiklikdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
63
olaylar.az

1Mənbələr