Bakı. Trend:
Rusiyanın Krasnodar diyarında yerləşən neft bazası Ukraynanındron hücumu nəticəsində yanmağa başlayıb.
Trend xəbər verirki, bu barədə Rusiya KİV məlumat yayıb.
Məlumata görə, hərbi PUA hücumu zamanı yanacaq çəlləkləriarasında yerləşən boru xətti zədələnib və sızmadan yanğın başverib. Alov bir müddətdən sonra 1,7 min kvadrat metr sahəni əhatəedib və obyektin 30-a yaxın əməkdaşı təxliyə olunub.
Qeyd edək ki, neft bazası Krasnodarın Kropotkin şəhəriyaxınlığında yerləşir. Bu strateji obyektlə Rusiya nefti ixracagöndərilir. Bu məntəqə dəmir yolu neft terminalından və Xəzər BoruKəməri Konsorsiumu boru kəməri sisteminə daxil olan NPS-6'Kropotkin' birləşdirici boru kəmərindən ibarətdir.
Rusiya KİV-in məlumatına görə, yanğından sonra müəssisəfəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb.