AFFA U-13 liqasında mübarizə aparan "Uğur" komandasını yarışdan kənarlaşdırıb.
QOL.az xəbər verir ki, qurumun İntizam Komitəsinin bugünkü iclasında belə qərar qəbul edilib.
16 fevral 2025-ci il tarixində AFFA U-13 Liqasının "Uğur "(Mingəçevir) – "Qala" (Bərdə) oyunu "Uğur"un təyin edilən vaxtda gəlmədiyi üçün keçirilməyib. Ona görə "Uğur"a 0:3 hesablı texniki məğlubiyyət verilib.
Üstəlik, bu hal 3-cü dəfə təkrarlandığı üçün Mingəçevir təmsilçisi yarışlardan kənarlaşdırılıb.