Bakı. Trend:
Beynəlxalq axtarışa verilən şəxs Azərbaycana gətirilib.
Trend xəbərverir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, Qazaxıstan Respublikasının Baş Prokurorluğu iləcinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davametdirilir
«Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqimünasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanıntələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşıMəmmədov Şahin Həmdulla oğlunun ekstradisiyası haqqında BaşProkurorluğun vəsatəti Qazaxıstan Respublikasının Baş Prokurorluğutərəfindən təmin edilib.
Belə ki, Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla MübarizəBaş İdarəsində ibtidai istintaq edilən cinayət işi üzrə MəmmədovŞahin Həmdulla oğlunun Cinayət Məcəlləsinin 178.3.2-ci (küllimiqdarda ziyan vurmaqla törədilən dələduzluq) maddəsində nəzərdətutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyənedildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqındaqərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.
Şahin Məmmədov Qazaxıstan Respublikasının ərazisindəsaxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusikonvoyunun müşayiəti ilə bu gün Azərbaycana gətirilib.