AZ

"Futbol+" dedi, AFFA İntizam Komitəsi "Sumqayıt"ı cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirildi və Misli premyer-liqasının 27-ci turunu əhatə edən qayda pozuntuları ilə bağlı qəarlar açıqlandı.

Bəlli oldu ki, "Turan Tovuz” – “Sumqayıt” matçında qonaqların azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə olunsa da, klub cərimələnməyib.
Halbuki, bizdə bunu özündə əks etdirən videogörüntülər var.

Belədə AFFA İntizam Komitəsinin sədri Erkin Hüseynova müraciət edib, bunun səbəbini soruşduq. O, bizdən müvafiq görüntüləri istəməklə yanaşı, AFFA nümayəndəsi və hakimlər tərəfindən təqdim olunan hesabatda bu haqda məlumat olmadığını, bu üzdən kluba cərimə tətbiq olunmadığını dedi. AFFA rəmsisi görüntülərlə tanış olduqdan sonra klubun 1500 manat cərimələnəcəyini bildirdi.

Bu öz yerində. Maraqlıdı, görəsən, matçın AFFA nümayəndəsi Elçin Məmmədov niyə bu qayda pozuntusunu hesabatında qeyd etməyib?

ƏSƏD SEYİDOV

Seçilən
26
1
football-plus.az

2Mənbələr