
İstanbul Respublika Prokurorluğunun İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu da daxil olmaqla 105 nəfərə qarşı genişmiqyaslı əməliyyatdan sonra sosial şəbəkələrə girişdə problemlər yaranmağa başlayıb.
Yeniavaz.com “Haberler.com”a istinadla xəbər verir ki, problemlər səhər saatlarından etibarən “X”, “Instagram” və “YouTube” platformalarında müşahidə olunub.
İstifadəçilər bu platformalara daxil olarkən yükləmə problemləri və əlaqə xətaları ilə üzləşdiklərini bildiriblər.