Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının təşəbbüsü ilə Novruz bayramı münasibətilə Nərimanov rayonunda yaşayan şəhid, qazi və aztəminatlı ailələrə humanitar yardım aksiyası keçirilib.
Aksiya çərçivəsində rayon ərazisində yaşayan 90 şəhid, qazi və aztəminatlı ailələrə gündəlik ərzaq məhsullarından ibarət bayram sovqatı təqdim olunub.
YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev şəhid, qazi və aztəminatlı ailələrlə görüşərək onları qarşıdan gələn milli-mənəvi dəyərlərimizi özündə əks etdirən Novruz Bayramı münasibəti ilə təbrik edib, Vətən müharibəsində və son antiterror əməliyyatı zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgər və zabitlərimizin, əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşadığını bildirib, həmçinin, onların ailə üzvlərinin hər zaman dövlətimizin və partiyanın diqqətində olduğunu vurğulayıb. Eyni zamanda, təşkilat sədri müharibə zamanı sağlamlığını itirmiş qazilərimizin və sosial yardıma ehtiyacı olan aztəminatlı ailələrin də daim diqqətdə saxlanıldığını qeyd edib.
Aksiyada Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı ilə birgə Ərazi Partiya Təşkilatlarından Baku Steel Company QSC iştirak edərək öz bayram sovqatlarını ailələrə çatdırıb.
Şəhid, qazi və aztəminatlı ailələr onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, humanitar yardım aksiyası 18-19 mart tarixlərini əhatə edib.