Ağdərə. Trend:
Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolu yenidənqurularaq istifadəyə verilib və nəqliyyatın rahat və təhlükəsizhərəkəti üçün zəruri işlər görülüb.
Trend xəbərverir ki, bunu jurnalistlərə açıqlamasında Avtomobil Yolları DövlətAgentliyinin böyük mütəxəssisi Məmməd Məmmədov deyib.
O bildirib ki, yolun ümumi uzunluğu 9.4 km-dir:
"Dövlət başçısının ötən il imzaladığı sərəncama uyğun olaraq,Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedənavtomobil yolunun yenidən qurulması Azərbaycan Avtomobil YollarıDövlət Agentliyi tərəfindən həyata keçirilib.
Ümumi uzunluğu 9.4 km ola avtomobil yolu dördüncü texnikidərəcədədir. Yol bir gediş, bir gəliş olmaqla iki zolaqdanibarətdir və hərəkət hissəsinin eni 6 metr təşkil edir. Avtomobilyolunun yenidən qurulması çərçivəsində torpaq yatağıgenişləndirilib, yağış sularının kənarlaşdırılması məqsədilə suötürücü borular quraşdırılıb, beton küvetlər inşa edilib.
Eləcə də, yol əsaslı tikilərək iki lay asfalt-beton örtüyüdöşənib. Bundan əlavə, yol boyu üfüqi xətlənmə işləri həyatakeçirilib. Müxtəlif növ yol nişanları, həmçinin, sərt döngələrdəmetal çəpər quraşdırılıb”.