
“Qazprom” şirkəti 2024-cü il üçün Rusiya mühasibat uçotu standartlarına (RAS) görə 1 trilyon rubl (12,1 milyard dollar) zərər edib.
Yeniavaz.com “Forbes” nəşrinə istinadən xəbər verir ki, bir il əvvəl şirkət Rusiya mühasibat standartlarına uyğun olaraq 695,6 milyard rubl xalis mənfəət əldə edib.
Şirkət göstəricilərinin belə kəskin enməsi holdinqin tərkibinə daxil olan “Qazprom Neft”in səhmlərinin bazar dəyərinin azalması (2024-cü ildə 22% ucuzlaşıb), eləcə də təxirə salınan mənfəət vergisi üzrə yaranan xərclərlə izah edilib.
Murad Məmmədov