AZ

Türk lirəsi tarixi minimumda - Nazir açıqlama YAYDI

İstanbul bələdiyyəsinin sədri Ekrem İmamoğlunun həbsindən sonra türk lirəsi yeni tarixi minimuma çatıb.

Modern.az-ın məlumatına görə, martın 19-da ticarətin əvvəlində Forex bazarında ABŞ dollarının türk lirəsinə nisbətdə məzənnəsi (USD/TRY) 11,99% bahalaşaraq 1 dollar üçün 41,1 lirə olub.

Dolların lirə məzənnəsi tarixdə ilk dəfə bu səviyyəyə qalxıb.

Türkiyənin maliyyə naziri Mehmet Şimşek bazarlardakı vəziyyətlə bağlı açıqlama yayıb. O bildirib ki, bazarların sağlam işləməsi üçün lazım olan hər şey edilir: "Həyata keçirdiyimiz iqtisadi proqram qətiyyətlə davam edir", - nazir sosial media hesabında bildirib.

Seçilən
45
1
modern.az

2Mənbələr