AZ

Dövlət başçısının əlamətdar günlərdə xalqın arasında olması ənənəvi hal alıb- ÖZƏL

"Prezident İlham Əliyevin əlamətdar günlərdə xalqın arasında olması ənənəsi tədqirəlayiq haldır. Əslində bu, dövlətin xalqa sərgilədiyi səmimiyyətin, xalqın isə dövlət və dövlət başçısına göstərdiyi etimadın bariz nümunəsidir". "Olaylar" xəbər verir ki, bunu hüquqşünas Alim Hüseynli deyib: "Dövlət başçısı ənənəsinə sadiq qalaraq Novruz bayramı ərəfəsində işğaldan azad olunmuş ərazilərimizi ziyarət etdi: "Səfər çərçivəsində Prezident İlham Əliyev işğaldan azad olunmuş Ağdərə rayonunun Suqovuşan kəndində yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak etdi və sakinlərlə səmimi görüş keçirdi. Dövlət başçısının sakinlərlə görüşü, onlarla edilən söhbət iqtidar-xalq birliyinin bariz nümunəsidir. Çünki, dövlət başçısı ölkədə, eləcə də dünyada baş verən siyasi, iqtisadi məslələrlə bağlı xalqa əsil həqiqəti çatdırır. Sakinlər də öz növbəsində dövlət başçısının samimi münasibətindən məmnun olurlar".
Hüquqşünas qeyd edib ki, dövlət başçısı sakinlərlə görüşündə həm də dünyada baş verən siyasi proseslər, bu proseslərin ölkəmizə təsiri, Azərbaycanın dünyanın yeni düzənindəki yeri və sair məslələrlə bağlı ətraflı məlumatlar sərgiləyir. Əsasən də dünya berliyinə Azərbaycanın mövqeyini çatdırır. Təsadüfi deyil ki, dövlət başçısı Suqovuşan kəndində sakinlərlə görüşü zamanı qeyd edib. "Bu gün dünyada gedən toqquşmalara, münaqişələrə, müharibələrə nəzər salsaq, son tarixin müharibələrinə nəzər salsaq, hətta deyə bilərəm ki, İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb. Ya yarımçıq qalıb, ya natamam qalıb, ya da ki, hər hansı bir başqa formada müharibə öz mahiyyətini dəyişməyərək modifikasiya olunub, başqa formalara keçib. Bizim Qələbəmiz isə tamdır və bu, həm dövlətimizin, Silahlı Qüvvələrimizin gücünü, həm də xalqımızın iradəsini göstərir"-deyə dövlət başçıcı qeyd edib. Heç şübhəsiz ki, bu kimi açıqlamalar xalqda dövlətə və dövlət başçısına qarşı inam yaradır. Xüsusən, işğaldan azad olunmuş rayon və kəndləriməzə qayıdan sakinlər təhlükəsiz və sülh şəraitində yayacaqlarına əmin olurlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
58
olaylar.az

1Mənbələr