İtaliyanın Lampedusa adası yaxınlığında miqrant gəmisinin qəzaya uğraması nəticəsində 6 miqrant ölüb, 40 nəfər itkin düşüb.
APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Hadisədən sonra 10 nəfərin sağ qaldığı bildirilib.
Hazırda itkin düşən şəxslərin axtarışları davam etdirilir.