AZ

Təbii prebiyotik – akasya saqqızı

DƏRNƏK SƏDRİ AÇIQLADI

Ən güclü təbii prebiyotik, yəni mikroorqanizmlərin böyüməsini stimullaşdıran qidalandırıcı kimyəvi maddə akasiya saqqızıdır. Bu açıqlamanı Türkiyənin “Türkəçarə loğmanlar dərnəyi”nin sədri Ayhan Ercan müsahibə verərkən bildirib.
Suda asanlıqla həll olunan akasiya saqqızı sağlamlıq üçün təbii köməkçidir. Prebiyotik xüsusiyyətləri sayəsində bağırsaq dostudur, bağırsaqda həzm prosesini dəstəkləyir və tərkibindəki qida lifləri ilə bədənə bir çox faydalar verir. Akasya saqqızı qəbizliyin qarşısını alır, çəkiyə nəzarət etməyə kömək edir. Ayhan Ercan bildirib ki, bu təbii bitkinin böyrək xəstəliklərini də aradan qaldırdığı aşkar olunub. Akasya saqqızı toksinlərin bədəndən atılmasına dəstək olmaqla bərabər ürək-damar sağlamlığını qorumağa, iltihabla mübarizə aparmağa da dəstək olur, deyə dərnək sədri əlavə edir.

Seçilən
20
medicalmedia.az

1Mənbələr