Bakı. Trend:
Azərbaycanda məsuliyyətli və etik süni intellekt üzrə normativhüquqi baza yaradılacaq.
Trend xəbərverir ki, bu, bu gün Prezident İlham Əliyevin sərəncamı ilətəsdiqlənən Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süniintellekt Strategiyasında öz əksini tapıb.
Strategiyaya əsasən, bazanın yaradılması 2025-2027-ci illərərzində reallaşdırılacaq. Əsas icraçı qurum olaraq NazirlərKabineti çıxış edir, digər icraçı qurumlar isə AzərbaycanRespublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, AzərbaycanRespublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan RespublikasınınDövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının XüsusiRabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətidir.
İlkin olaraq normativ hüquqi baza yaradılması məqsədilətəhlillər aparılacaq, daha sonra məsuliyyətli və etik süniintellekt üzrə normativ hüquqi aktların layihələri hazırlanacaq vətəqdim ediləcək, sonda isə məsuliyyətli və etik süni intellekt üzrənormativ hüquqi aktlar qəbul ediləcək.