"Tural Sadıqlı adında terrorçu, siyasi kamikadze, öz tələbə yoldaşına təcavüz edən cinayətkar öz aləmində mənə cavab verib və hətta bu cavaba yekə bir veriliş həsr edib. Amma və lakin! Əsaslandırma yoxdur. İzah yoxdur. Arqument yoxdur. Və niyə yoxdur? Çünki, ola bilməz. Çünki, Tural da, turalkimilər də həyatın dibidir. Çünki təmiz deyil, zir-zibilin içindədir. Çünki, bata bildiyi qədər batıb və özünü təmizə çıxarmaq istəyəkən həmin bataqlığın daha da dərin qatlarına doğru yuvarlanır.” -– 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.
"Tural öz verilişində bəyan edib ki, onun ruzisini Allah verir. Yaramaz gədə! Avropanın xüsusi xidmət orqanlarının, erməni lobbisinin, FETÖ-nun verdiyi pul nə vaxtdan ruzi olub? Tula payı nə vaxtdan ruzi olub? Əxlaqsızlıq müqabilində kartına oturulan avrolar, öz millətinin ən dəyərli övladlarına söyüş söymək qarşılığında qazanılan paralar nə vaxtdan ruzi olub? Utanırsanmı sən? Dediklərinə özün inanırsanmı sən?
Gəlirsiz. Darıxma. Az qalıb. Üstəlik, əmin ol ki, məhkəmə qarşısında dovşan kimi dayanacağın, quzu balası kimi ifadə verəcəyin, bülbül kimi dil-dil ötəcəyin gün də uzaqda deyil.” - deyə Partiya sədri fikirlərinə davam edib.