Beynəlxalq Gimnastika Federasiyası (FIG) aerobika mövsümünün startı ərəfəsində Azərbaycanın Mədinə Mustafayeva - Vladimir Dolmatov cütünü qeyd edib.
İdman.biz xəbər verir ki, martın 21-23-də Cantanhede (Portuqaliya) Dünya kubokunun ilk mərhələsi keçiriləcək.
FIG portalı yarışla əlaqədar belə yazıb: “Son dünya çempionatı ilə növbəti Dünya Oyunları arasında favoritlər Dünya kuboku mövsümünün startına hazırlaşırlar. 2021-ci ildə aerobika rəqsləri üzrə dünya çempionu titulunu qazanan Mədinə Mustafayeva ötən il Vladimir Dolmatovla birlikdə qarışıq cütlükdə çıxış edərək dünya çempionatında gümüş medal qazanıblar. Ukrayna və İtaliyadan olan duetlər də titul uğrunda mübarizə apara bilərlər”.
İdman.biz