Tanınmış “Transfermarkt” internet portalı son dəyər yeniləməsinin nəticələrinə əsasən İngiltərə Premyer Liqasında qiymətini ən çox artıran futbolçuların reytinqini təqdim edib.
Publika.az xəbər verir ki, siyahıya “Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer başçılıq edir. Onun dəyəri 40 milyon avro artaraq 130 milyon avroya çatıb. “Nyukasl”ın futbolçusu Aleksandr İsak və “Arsenal”ın cinah oyunçusu Etan Nvaneri +25 milyon avroluq artımla "ilk üçlüy"ə daxil olublar.
“Mançester Siti”nın qış transfer pəncərəsində heyətinə qatdığı Abdukodir Xusanov 5-ci sırada qərarlaşıb. Onun dəyəri 23 milyon avro artaraq, 35 milyona çatıb.
"Transfermarkt"a görə Premyer Liqada dəyərini ən çox artıran 10 oyunçu: