
"Qəzza zolağında hərbi əməliyyatların yenidən başlanmasının günahı yalnız Fələstinin HAMAS hərəkatındadır, çünki o, İsraillə atəşkəsi uzatmaqdan imtina edib".“Ulusum”.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki müvəqqəti işlər vəkili Doroti Şi bildirib.O, BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqlə bağlı iclasında "HAMAS atəşkəsi uzatmaq üçün bütün cəhdləri rədd etdi. Yenidən başlayan döyüşlərin günahı tamamilə HAMAS-ın üzərinə düşür. Bu qəddar terror təşkilatı son bir neçə həftə ərzində ona təklif edilən hər təklifi və müddəti ardıcıl olaraq rədd etdi"- deyə Doroti Şi bəyan edib.
Diqqət Çəkənlər
Həmyerlimiz Əfqanıstanda yüksək vəzifəyə təyin olunub
BDU-da İlaxır çərşənbə qeyd edilib - VİDEO
Türkiyədə Əkrəm İmamoğlunun həbsinə order verildi