AZ

Tıxaca səbri çatmayan sürücü əks yola çıxıb maşınların üzərinə şığıdı - VİDEO

Xocəsən-Lökbatan yolunda kobud qayda pozan sürücü anbaan maşının kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə martın 18-də saat 17:17 radələrində qeydə alınıb. Belə ki, 77-UM-444 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü əks istiqamətli yola çıxaraq axına qarşı hərəkət edib. Bu vaxt o, görüntünü qeydə alan sürücüyə qəza şəraiti yaradıb. Kadrdan da aydın görünür ki, sürücü sıxlıqda gözləmək istəmədiyi üçün bu xətanı törədərək həm özünü, həm də digər sürücüləri təhlükə qarşısında qoyub.  

Nərmin

Seçilən
38
avtosfer.az

1Mənbələr