AZ

Süni intellekt Strategiyasının prioritet istiqamətləri AÇIQLANDI

Bakı. Trend:

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən“Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellektStrategiyası”nın prioritet istiqamətləriaçıqlanıb.

Trend xəbər verir ki, sənədə əsasən, Strategiyaçərçivəsində aşağıdakı prioritet istiqamətlər üzrə tədbirlər həyatakeçiriləcək:

Süni intellektin idarə edilməsinin inkişafı vətəkmilləşdirilməsi:

Əsaslandırma:

- innovasiyaları təşviq edən, sərmayələri cəlb edən,cəmiyyətin maraqlarını və dəyərlərini qoruyan süni intellekt üzrəidarəetmə sisteminin yaradılması və dünyada süni intellektinməsuliyyətli inkişafı üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlıqedilməsi Strategiyanın prioritet istiqamətlərindən biridir.Beləliklə, innovatorları, tədqiqatçıları və sahibkarları effektivşəkildə dəstəkləyən, fəaliyyətləri stimullaşdıran, eyni zamandaəhalinin süni intellekt texnologiyalarına inamını təmin edənidarəetmə sistemi formalaşdırılacaqdır;

Görüləcək tədbirlər:

-süni intellektin inkişafı üçün milli prioritetsektorların və sektor üzrə məsul dövlət orqanlarının (qurumlarının)müəyyən edilməsi;
- süni intellekt üzrə sektor üzrə məsul dövlət orqanlarının(qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi;
- məsuliyyətli və etik süni intellekt üzrə normativ hüquqi bazanınyaradılması;
- süni intellekt sistemlərinin dizaynı, tətbiqi və istifadəsizamanı fərdi məlumatların mühafizəsi ilə bağlı risklərin müəyyənedilməsi və qarşısının alınması qaydalarının təsdiq edilməsi;
- süni intellekt üzrə standartlaşdırmanın tətbiq edilməsi;

Gözlənilən nəticə və nəticəindikatorları:

- innovasiyaları təşviq edən, investisiyaları cəlb edənvə cəmiyyətin maraqlarını qoruyan süni intellekt idarəetməsisteminin qurulması;
- süni intellektin təsirini artırmaq və resurslardan daha səmərəliistifadəni təmin etmək üçün kənd təsərrüfatı, səhiyyə, nəqliyyat,təhsil və digər prioritet sektorların müəyyən edilməsi;
- süni intellekt tətbiqlərində şəffaflığı, ədalətliliyi və etikprinsiplərə uyğunluğu təmin etmək üçün hüquqi çərçivəninhazırlanması və beynəlxalq standartlara uyğun milli normativ hüquqibazanın işlənilməsi və tətbiqi;
- süni intellekt ekosistemində qlobal səviyyədə AzərbaycanRespublikasının mövqeyini gücləndirmək məqsədilə regional vəbeynəlxalq tərəfdaşlıqların inkişaf etdirilməsi;

Gözlənilən risklər və onların neytrallaşdırılmasıtədbirləri:

- milli prioritet sektorların müəyyən edilməsi zamanısektorların müəyyən edilməsində mübahisələr və ya resurslarınqeyribərabər bölgüsü baş verə bilər ki, bu da bəzi sahələrin digərsahələrə nisbətən daha az dəstək almasına və inkişafınqeyri-bərabər olmasına səbəb ola bilər. Bu riski neytrallaşdırmaqüçün, süni intellektin tətbiqi potensialı və tələblərini nəzərəalaraq, hər bir sektorda ətraflı təhlillər aparılacaq,mütəxəssislərin və ekspertlərin fikirləri, təklifləri əsasındaprioritet sektorlar müəyyənləşdiriləcək, pilot layihələr həyatakeçiriləcək və resurslar balanslı şəkildə bölüşdürüləcəkdir;

Məlumat idarəetməsinin və infrastrukturununtəkmilləşdirilməsi:

Əsaslandırma:

- məlumat idarəetməsinin və infrastrukturununtəkmilləşdirilməsi rəqəmsal transformasiyanın əsasını təşkiledərək, dövlət orqanları (qurumları) və özəl sektor üçün etibarlı,səmərəli və innovativ həllərin inkişafını təmin edəcəkdir.Məlumatların effektiv idarə olunması, açıq məlumatlarıngenişləndirilməsi, yüksəksəviyyəli hesablama imkanlarınınartırılması və Təbii Dil Emalı (bundan sonra – TDE)texnologiyalarının gücləndirilməsi süni intellektin və data əsaslıqərar qəbuletmənin inkişafına töhfə verəcəkdir;

Görüləcək tədbirlər:

- yüksəksəviyyəli hesablama infrastrukturununinkişafı;
- TDE üzrə istiqamətlərin gücləndirilməsi;
- məlumatlardan səmərəli və effektiv istifadə, onlarıntəhlükəsizliyinin və fərdi məlumatların mühafizəsinin təminedilməsi, məlumatyönümlü idarəetməyə keçidin təşkili;

Gözlənilən nəticə və nəticəindikatorları:

- Azərbaycan dilində TDE texnologiyalarının inkişaf etdirilməsivə dilin qlobal rəqəmsal məkanda mövqeyinin gücləndirilməsi;
- süni intellekt alqoritmlərinin öyrədilməsi, modellərinin vənümunələrinin təlimi və tətbiqi üçün yüksəksəviyyəli hesablamainfrastrukturunun inkişaf etdirilməsi;
- ictimaiyyətin süni intellekt mövzusunda bilik səviyyəsininartırılması;

Gözlənilən risklər və onların neytrallaşdırılmasıtədbirləri:

- yüksəksəviyyəli hesablama infrastrukturu və TDEtexnologiyalarının inkişafı zamanı maliyyə və texniki resursçatışmazlığı yarana bilər. Bu resursların kifayət qədər ayrılmamasıinfrastrukturun təkmilləşdirilməsini məhdudlaşdıra, layihələringecikməsinə və ya məhdud miqyasda icrasına səbəb ola bilər. Buriskin qarşısını almaq üçün investisiya imkanlarınıngenişləndirilməsi, beynəlxalq və yerli donorlar, eləcə dəinnovasiya və texnologiya fondlarından maliyyə cəlb edilməsinəzərdə tutulur;
- TDE sistemləri şəxsi və həssas məlumatlarla işləyə bilər, bu isəməxfiliyin pozulmasına gətirib çıxarar. Bu problemin aradanqaldırılması üçün məlumatların anonimləşdirilməsi, tənzimləyiciqaydalara uyğun məlumat emalı, şifrələmə texnologiyalarının tətbiqinəzərdə tutulur;

Süni intellekt üzrə istedad və bacarıqlarıntəkmilləşdirilməsi:

Əsaslandırma:

-süni intellekt sahəsində ölkədə yüksəkixtisaslı kadrpotensialının inkişafı və təkmilləşdirilməsi, prioritet sektorlarıntələblərinə uyğun şəkildə dövlət orqanlarının (qurumlarının) rəhbərheyəti və mütəxəssisləri üçün təlimlərin keçirilməsi, həmçinin süniintellekt və məlumat idarəetməsi üzrə tədqiqatların təşviq edilməsiölkənin rəqəmsal inkişafının gücləndirilməsinə töhfə verəcəkdir.Bununla yanaşı, məsuliyyətli və etik süni intellekt tətbiqləriningenişləndirilməsi və fərdi məlumatların qorunması ilə bağlıtəlimlərin keçirilməsi ictimaiyyətin məlumatlılığını artıracaq,süni intellekt texnologiyaları ilə bağlı maariflənmə səviyyəsinimöhkəmləndirəcək və müvafiq sahədə yerli bacarıqların inkişafınısürətləndirəcəkdir;

Görüləcək tədbirlər:

- ölkədə müəyyən edilmiş prioritet sektorlar üzrədövlət orqanlarının (qurumlarının) rəhbər heyəti üçün süniintellekt və data təliminin təşkil edilməsi;
- süni intellekt və məlumat idarəetməsi üzrə kadr potensialınıngücləndirilməsi;
- süni intellekt və məlumat idarəetməsi üzrə təlimlərin təşkili vəkeçirilməsi üçün müvafiq təlimçilərin hazırlanması, eləcə də cəlbedilməsi;
- süni intellekt, xüsusilə məsuliyyətli və etik süni intellekt,süni intellekt sistemlərinin tətbiqi zamanı fərdi məlumatlarınmühafizəsi ilə bağlı ictimaiyyətin məlumatlılığınınartırılması;
- süni intellekt üzrə tədqiqatların təşviq edilməsi;

Gözlənilən nəticə və nəticəindikatorları:

- akademik və praktiki səviyyədə süni intellekt və dataelminə dair biliklərin artırılması və müvafiq təhsil proqramlarınıngenişləndirilməsi;
- süni intellekt sahəsində mütəxəssislər hazırlanması vəqeyri-texniki rollar üçün səriştə standartlarının müəyyənedilməsi;
- süni intellekt texnologiyalarının imkanları, riskləri vəfaydaları barədə əhalinin məlumatlandırılması və texnologiyayainamın artırılması;

Gözlənilən risklər və onların neytrallaşdırılmasıtədbirləri:

- süni intellekt və məlumat idarəetməsi sahəsindəmütəxəssislərin hazırlanması, həmçinin dövlət orqanlarının(qurumlarının) rəhbər heyətinin bu sahədə biliklərinintəkmilləşdirilməsi üçün təşkil olunan təlim və inkişafproqramlarında təlimçilərin məhdud sayda olması və ya kifayət qədərhazırlıqlı olmaması yerli kadrların bilik səviyyəsinin yüksəlməsinəmane ola və sahəyə marağı azalda bilər. Bu riskinneytrallaşdırılması və proqramların keyfiyyətinin artırılmasıməqsədilə Süni İntellekt Akademiyasının yaradılması və nüfuzluxarici təhsil müəssisələri ilə əməkdaşlıq nəzərdə tutulur. Həmintədbirlər yerli kadr potensialını gücləndirəcək, sahəyə olan marağıartıracaq və inkişafı sürətləndirəcəkdir;
- sənaye ilə dövlət orqanları (qurumları) arasında əməkdaşlıq vəəlaqələndirmənin zəif olması, sənaye sektorunun süni intellekttexnologiyalarına maraq göstərməməsi nəticəsində peşəkar kadrlarınbilik və bacarıqlarını real mühitdə tətbiq etmək imkanlarıməhdudlaşa bilər ki, beləliklə də kadrların formalaşması vəinkişafı ləngiyər. Bundan əlavə, süni intellektdən biznesdə realistifadəyə dair praktiki nümunələrin azlığı gənc mütəxəssislərin busahəyə marağının azalmasına səbəb ola bilər. Bu riskin aradanqaldırılması üçün yaradılması nəzərdə tutulan Süni İntellektAkademiyası, sənaye və dövlət orqanları (qurumları) arasında sıxəməkdaşlığın qurulması və süni intellektin biznes üçün yaratdığıimkanlar barədə geniş məlumatlandırma aparılmasıplanlaşdırılır;
- texnoloji infrastrukturun qeyri-kafi olması və innovasiya üçünəlverişli mühitin yaradılmaması süni intellekt üzrə istedad vəbacarıqların təkmilləşdirilməsi qarşısında dayanan çox ciddirisklərdən biridir. Süni intellektin effektiv tətbiqi üçün güclü vəmüasir texnoloji infrastruktura ehtiyac vardır. Bu infrastrukturunolmaması və ya zəif olması layihələrin uğurla icrasını çətinləşdirəbilər. Bu riski neytrallaşdırmaq üçün süni intellektə uyğunyüksəksəviyyəli hesablama infrastrukturunun inkişaf etdirilməsi vəmüasirləşdirilməsi üçün əlavə sərmayələr qoyulması nəzərdə tutulur.Həmçinin, texnoloji mühitin inkişafı məqsədilə pilot layihələrinsənaye infrastrukturlarında real olaraq tətbiq edilməsi, innovasiyamərkəzlərinin, Süni İntellekt Akademiyasının və laboratoriyalarıninkişaf etdirilməsi, startaplara dəstək proqramlarının təşkilolunması planlaşdırılır;

Əlverişli biznes mühitininyaradılması:

Əsaslandırma:

- əlverişli biznes mühitinin yaradılması sahəsində süniintellekt texnologiyalarının tətbiqi üzrə yerli və xariciinvestisiyaların cəlb edilməsi, sahibkarlıq subyektlərinə dəstəkmexanizmlərinin genişləndirilməsi və texnologiya parklarındafəaliyyət göstərən rezidentlərin artırılması ölkənin rəqəmsaliqtisadiyyatını gücləndirəcəkdir. Bu tədbirlər süni intellektsahəsində innovativ təşəbbüsləri stimullaşdıraraq iqtisadi mühitininkişafına və işgüzar mühitin yaxşılaşdırılmasına töhfə verəcək,həm yerli, həm də xarici investorların marağını artıracaqdır.Beləliklə, ölkə üzrə süni intellekt texnologiyalarının istehsalı vətətbiqi sahəsində əhəmiyyətli irəliləyişə nail olunacaqdır;

Görüləcək tədbirlər:

- ölkə üzrə süni intellekt texnologiyalarının tətbiqi ilə bağlıyerli və xarici investisiyaların cəlb edilməsi üçün tədbirlərgörülməsi;
- ölkə üzrə süni intellekt texnologiyalarının tətbiqi ilə bağlısahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi, zəmanətvə digər dəstək mexanizmlərinin tətbiq dairəsiningenişləndirilməsi;
- ölkə üzrə texnologiya parklarına və sənaye zonalarına süniintellekt texnologiyalarının istehsalı ilə bağlı fəaliyyət göstərənrezidentlərin cəlb edilməsi;

Gözlənilən nəticə və nəticəindikatorları:

- süni intellekt texnologiyalarına əsaslanan innovativstartapların inkişaf etdirilməsi, mövcud innovasiya ekosisteminingücləndirilməsi və yeni iş yerlərinin yaradılması;
- Azərbaycanın süni intellekt sahəsində regional lider mövqeyininmöhkəmləndirilməsi və qlobal rəqəmsal ekosistemdə tanınması iləbağlı fəaliyyətin gücləndirilməsi;

Gözlənilən risklər və onların neytrallaşdırılmasıtədbirləri:

- daxili bazarın kiçik olması və bu sahədə fəaliyyətgöstərən şirkətlərin yeni olması xarici investisiya marağınıazaldır. Bu riskin neytrallaşdırılması məqsədilə beynəlxalqpartnyorluqların genişləndirilməsi və xarici şirkətlərləəməkdaşlığın təşviqi nəzərdə tutulur;
- texnologiya parklarına və sənaye zonalarına süni intellekttexnologiyalarının istehsalı üzrə fəaliyyət göstərən rezidentlərincəlb edilməsi zamanı uyğun biznes mühiti və infrastrukturunolmaması süni intellektin inkişafını və tətbiqini ləngidə bilər. Buriskin qarşısını almaq üçün texnologiya şirkətləri ilə əməkdaşlıqimkanlarının genişləndirilməsi nəzərdə tutulur.

Məqalədə:
Seçilən
51
1
az.trend.az

2Mənbələr