AZ

Karasin: “Vaşinqton, Moskvanın şərtlərini anlasa da Kiyev və Avropa onları rədd edəcək” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin "Rossiya-24" televiziyasına verdiyi açıqlamada, Vaşinqtonun Moskvanın Ukraynada məcburi mobilizasiyanın dayandırılması və hərbi yardımların kəsilməsi tələblərini başa düşəcəyini, lakin Kiyev və Avropanın bu şərtləri "kəskin şəkildə rədd edəcəyini" bildirib.

Karasin vurğulayıb ki, Avropada heç bir sülh planı yoxdur və xüsusilə Böyük Britaniyanın Baş naziri Kiri Starmer və Fransa prezidenti Emanuel Makron hazırda Rusiyaya və ABŞ-yə qarşı mənfi münasibət yaratmağa çalışırlar. "Bütün pislik, belə desək, Avropa paytaxtlarından gəlir", - deyə senatot əlavə edib.

18 martda ABŞ prezidenti Donald Tramp ilə telefon danışığı zamanı Rusiya prezidenti Vladimir Putin, atəşkəsin təmin edilməsi, Ukraynada məcburi mobilizasiyanın dayandırılması və Ukrayna Silahlı Qüvvələrinin yenidən silahlanması məsələlərinə diqqət çəkib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
21
olaylar.az

1Mənbələr