Azərbaycan Respublikasi Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi 4 tender elan edib.
Valyuta.az xəbər verir ki, elan olunan tenderlər məktəbəqədər və ümumtəhsil müəssisələrinə yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satınalınması, dəftərxana və təsərrüfat mallarının satınalınması, məktəbəqədər təhsil müəssisələrinə “maşın və avadanlıqlar” xərc maddəsi üzrə bir sıra malların satınalınması ilə bağlıdır. Elan olunan tenderlərin ümumi qiyməti 35 milyon 327 min 959 manatdır.
Satınalma predmetlərinin ehtimal olunan qiymətləri:
Məktəbəqədər təhsil müəssisələrinə yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satınalınması – 4 milyon 707 min 431 manat
Ümumtəhsil müəssisələrinə yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satınalınması – 5 milyon 634 min 457 manat
Məktəbəqədər təhsil müəssisələrinə “Maşın və avadanlıqlar” xərc maddəsi üzrə bir sıra malların satınalınması – 3 milyon 451 min 836 manat
Dəftərxana və təsərrüfat mallarının satınalınması – 21 milyon 534 min 235 manat
İlk 3 tender aprelin 30-a kimi, sonuncu, “dəftərxana və təsərrüat mallarının satınalınması üzrə elan olunan tender isə mayın 15-dək davam edəcək.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin rəhbəri Mirzalıyev Valeh Taleh oğludur.
Sərvanə Rəmixanova