Bakı. Trend:
Azərbaycanda süni intellekt üzrə standartlaşdırma tətbiqediləcək.
Trend xəbər verir ki, bu, bu gün Prezidentİlham Əliyevin sərəncamı ilə təsdiqlənən Azərbaycan Respublikasının2025–2028-ci illər üçün süni intellekt Strategiyasında öz əksini tapıb.
Strategiyaya əsasən, standartlaşdırmanın tətbiq edilməsi2025-2028-ci illər ərzində nəzərdə tutulub.
Əsas icraçı qurum olaraq Azərbaycan Respublikasının Rəqəmsalİnkişaf və Nəqliyyat Nazirliyi, digər icraçı qurumlar isəAzərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar vəİstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, AzərbaycanRespublikasının Dövlət Təhlükəsizliyi Xidməti və AzərbaycanRespublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi DövlətXidməti müəyyən edilib.
İlkin olaraq standartlaşdırma üzrə beynəlxalq təşkilatın süniintellekt standartlarının araşdırılması aparılacaq, daha sonra süniintellekt üzrə ən azı 3 dövlət standartının hazırlanması,standartlaşdırma üzrə dövlət fonduna və dövlət reyestrinə daxiledilmək üçün təqdim olunacaq, sonda isə süni intellekt üzrə təsdiqolunmuş dövlət standartları haqqında geniş ictimai maarifləndirməvə məlumatlandırma tədbirləri görüləcək.