AZ

Qusarda pasiyentlərə vaxtı keçmiş dərman verilməsi ilə bağlı cinayət işi açılıb


CİNAYƏT İŞİ AÇILIB
Qusar Rayon Mərkəzi Xəstəxanasında pasiyentlərə vaxtı keçmiş dərmanların verilməsi ilə bağlı iddialar yayılıb. Sosial şəbəkələrdə viral olan ekran görüntüsündə WhatsApp qrupunda İlhamə adı ilə qeyd edilən şəxsin aptekdə vaxtı keçən dərmanların şöbələrə paylanılması ilə bağlı göstəriş veridiyi mesajı görünür. Yazışmada buna etiraz edən şöbə müdirlərində sual yarandığı təqdirdə baş həkim, aptek müdiri və direktora müraciət etmələri də əlavə olunub.
İstifadə müddəti bitmiş dərmanların paseiyentlərə verilməsi şöbə müdirlərində nə tərzdə suallar yaradacağı aydındır.
TƏBİB-dən sosial şəbəkələrdə yayılan bu məlumatlarla bağlı araşdırma aparıldığı bildirilib. “Tərəfimizdən məsələ araşdırılır. Nəticələr barədə əlavə məlumat veriləcək”, – deyə qurumun açıqlamasında qeyd olunub.
Bəs vaxtı keçən dərmanların istifadəsinin fəsadları nə ola bilər? Müddəti bitmiş dərmanlar kimyəvi tərkibin dəyişməsi və ya müalicəvi əhəmiyyətini itirdiyinə görə onları qəbul etmək riskli ola bilər. İstifadə müddəti bitmiş bəzi dərmanlar bakteriya böyüməsi riski altındadır və bu, daha ciddi xəstəliklərə və antibiotiklərə qarşı müqavimətə səbəb ola bilər.
İstifadə müddəti bitmiş dərmanların qəbul edilməsi bir neçə fəsada səbəb ola bilər. Bu fəsadlar dərmanın növünə, saxlanma şəraitinə və digər amillərə görə dəyişə bilər, amma ümumiyyətlə aşağıdakı təhlükələr mövcuddur: Effektivliyin itməsi, zəhərlənmə risk, alerjik reaksiyalar

Seçilən
7
medicalmedia.az

1Mənbələr