AZ

“Aİ Ukrayna üzrə danışıqlar masasında yer alacaq” - Bloomberg

AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Bloomberg” agentliyinin yazdığına görə, ABŞ rəsmiləri öz avropalı həmkarlarına belə deyiblər.

“Vaşinqton bu yaxınlarda Brüsseli xəbərdar edib ki, prioritet məsələ münaqişə zonasında hərbi əməliyyatların dayandırılması və Ukrayna üçün potensial təhlükəsizlik tədbirləri kimi məsələlərin müzakirə olunmasıdır. Bu addım “müttəfiq ölkələrə inam verə bilər”. Onlar qorxurlar ki, ABŞ Avropa liderlərinin iştirakı olmadan Ukraynanı və ya Avropanın təhlükəsizliyini zəiflədə biləcək razılaşma əldə etməyə çalışacaq. Çərşənbə axşamı Rusiya və ABŞ liderlərinin telefon danışığı zamanı belə narahatlıqlar daha da artdı”, - agentlik vurğulayır.

Trampla Putin münaqişənin başa çatması barədə razılığa gəliblər
Nəşr həmçinin bildirir ki, ABŞ prezidenti Donald Tramp indiyədək Ukrayna və Rusiya ilə danışıqlarda Avropanın iştirakını əsasən istisna edib.

Xatırladaq ki, martın 18-də ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında telefon danışığında Rusiya vəUkraynanın bir-birinin enerji obyektlərinə hücumlarının 30 gün müddətinə dayandırılması barədə razılıq əldə edilib. Ukrayna prezidenti Volodimir Zelenski, öz növbəsində, bunu dəstəklədiyini açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
82
50
azvision.az

10Mənbələr