"Bayern"in baş məşqçisi Vinsent Kompani komandanın futbolçuları arasında böyük nüfuz və sevgi qazanıb.
Publika.az xəbər verir ki, bu barədə tanınmış insayder Kristian Falk məlumat paylaşıb.
Qeyd olunur ki, belçikalı futbolçuları arasında sələfləri Tomas Tuxel və Yulian Naqelsmanndan daha böyük nüfuza malikdir. Oyunçular hər şeydən əvvəl Kompaninin onları komanda daxilində açıq şəkildə deyil, fərdi formada tənqid etdiyi üçün yüksək qiymətləndirirlər. İctimaiyyət qarşısında belçikalı mütəxəssis həmişə komandasını müdafiə edir.
Əvvəlki məşqçilərin dövründə hər şey başqa cür idi. Tuxel açıq şəkildə komandanı tənqid edirdi. Naqelsmannın şərhləri adətən oyunçularda belə bir hiss yaradırdı ki, qələbə həmişə məşqçilər tərəfindən əldə edilir və məğlubiyyətlər yalnız oyunçuların günahıdır.