XXI əsrin üçüncü onilliyində ən çox qol vuran müdafiəçilər bəlli olub.
İdman.biz xəbər verir ki, İFFHS arxa xətt oyunçuları arasında 2021-24-cü illərin bombardirlərini açıqlayıb.
Siyahıya ingiltərəli Ceyms Tavernye başçılıq edir. Sağ cinah müdafiəçisi bütün turnirlər nəzərə alınmaqla 65 qola imza atıb.
Ceyms Tavernye (İngiltərə) - 65
Bencamin Mata (Kuk adaları) - 56
Besnik Kraqniqi (Kosovo) - 48
Hoskuldur Qunlauqson (İslandiya) - 42
İssufu Dayo (Burkina Faso) - 36
Ramin Rezaian (İran) - 36
David Hançko (Slovakiya) - 34
Kendal Uotson (Kosta Rika) - 33
Karlos Ramires (Kolumbiya) - 32
Ali Maloul (Tunis) - 30
İdman.biz