Yəməndə İranın dəstəklədiyi husilər ABŞ-ın ölkənin qərbindəki Hudeydə və Həccə şəhərlərinə və şimalındakı Səda şəhərinə hava hücumu təşkil etdiyini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Əl-Mesira televiziyası məlumat yayıb.
Məlumata görə, Səda şəhərinin Safra bölgəsinə 4 hava zərbəsi endirilib.
Səudiyyə Ərəbistanı ilə sərhəddə yerləşən Səda şəhəri husilərin ən mühüm mərkəzlərindən biri kimi tanınır.