AZ

"WhatsApp" video keyfiyyətinin aşağı düşməsi - Həlli nədir?

"WhatsApp" "App Store" və "Play Store"da ən populyar mesajlaşma tətbiqlərindən biridir. "Meta" şirkətinə məxsus olan bu platforma yazılı ünsiyyəti asanlaşdıran müxtəlif funksiyalar təklif edir. Tətbiq yalnız mətn mesajları deyil, həm də səsli və görüntülü zənglər etməyə, foto və videolar göndərməyə imkan yaradır. 

Valyuta.az xəbər verir ki, son yeniləmələrdən sonra "WhatsApp" istifadəçilərə yüksək keyfiyyətli media göndərmək imkanı təqdim edir.

Əvvəllər "WhatsApp" paylaşdığınız foto və videoların keyfiyyətini aşağı salan sıxışdırma texnologiyasından istifadə edirdi. Bu isə xüsusilə "Instagram" kimi sosial media platformalarında yüksək keyfiyyətli vizual məzmun paylaşmaq istəyən istifadəçilər üçün problem yaradırdı. Lakin indi "WhatsApp" yeni bir funksiya əlavə edərək istifadəçilərə foto və videoları daha yüksək keyfiyyətdə göndərmək imkanı verir.

Əgər bu funksiyanı necə aktivləşdirəcəyinizi bilmirsinizsə, aşağıdakı addımları izləyərək "WhatsApp"da yüksək keyfiyyətli foto və video göndərə bilərsiniz. Bu proses olduqca sadədir və əlavə tətbiq yükləməyə ehtiyac yoxdur. Əgər "WhatsApp" ayarlarında bu funksiyanı görmürsünüzsə, tətbiqin ən son versiyasını istifadə etdiyinizə əmin olun.

Yüksək keyfiyyətli media göndərmək üçün addımlar

1-ci addım: "iPhone" və ya "Android" telefonunuzda "WhatsApp" tətbiqini açın.
2-ci addım: "Android" cihazlarında ekranın sağ yuxarı küncündəki üç nöqtəyə toxunun və "Ayarlar" ("iPhone"da "Parametrlər") bölməsinə keçin.
3-cü addım: "Saxlama və verilənlər" (Depolama ve veriler) seçimini seçin.
4-cü addım: "Media yükləmə keyfiyyəti" bölməsinə daxil olun.
5-ci addım: Açılan variantlar arasından "HD keyfiyyəti" seçimini aktivləşdirin.

Bu seçim aktivləşdirildikdə, fayl ölçüsünün təxminən 6 dəfə daha böyük ola biləcəyi barədə xəbərdarlıq bildirişi görəcəksiniz.

Bu ayarları tətbiq etməklə "WhatsApp" vasitəsilə video və şəkillərinizi əvvəlkindən daha yüksək keyfiyyətdə göndərə bilərsiniz.

Paşa Məmmədli

Seçilən
83
valyuta.az

1Mənbələr