AZ

“Özümə söz verdim ki, bir daha “Neftçi”yə ayaq basmayacam”

“18 yaşımda Bakını tərk etməli oldum. Orduya getməyin vaxtı idi və bu, etmək istədiyim ən son şey idi”.

Msport.az xəbər verir ki, bu sözləri “Neftçi”nin yetirməsi olan Leonid Paxomov Sport24.ru saytına açıqlamasında deyib.

Bakı klubundakı karyerasını xatırlayan veteran müdafiəçi “ağ-qaralar”dan incik ayrıldığını etiraf edib: “Məni “Neftçi”də saxlaya bilərdilər, amma əsas komandaya götürmədilər. Bəlkə də soyadım “Paxom-Zadə” olsaydı, mütləq götürərdilər. Amma soyadımı dəyişməyi təklif etmədilər. Ümumiyyətlə, heç nə təklif etmədilər, bu isə məni çox incitdi. Biz uşaqlar bir-birimizi tanıyırdıq və kimin nəyə dəyər olduğunu bilirdik! O qədər söhbətlər eşitmişəm ki… Məktəbdə deyirdilər ki, “Neftçi”də müdafiədə oynayan əla oğlan var… Bu, mənim haqqım idi. İncikliyim o qədər güclü idi ki, özünə söz verdim: bir daha “Neftçi”yə ayaq basmayacam. Sonradan Krasnodarda işim yaxşı gedəndə Bakıdan bir nəfər gəldi, amma mən onunla ancaq quru danışdım. Dedim ki, siz bunu daha tez etməliydiniz”.

Qeyd edək ki, Paxomov 1961-ci ilə kimi “Neftçi”nin aşağı yaş qrupları üzrə komandalarında çıxış edib.

Seçilən
59
msport.az

1Mənbələr