Bakı. Trend:
Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində RespublikaTəcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin stansiyalarıgücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Trend xəbərverir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, qeyri-iş günlərində xidməti nəzarətdə saxlamaqüçün məsul şəxslərdən ibarət növbətçilik yaradılacaq, həkimbriqadalarının sayı xidməti ştata uyğun təşkil olunacaq.
Novruz bayramı ilə əlaqədar həm xarici ölkələrdən, həm dəbölgələrdən xüsusilə Bakı şəhərinə gələn qonaqların sayında artımmüşahidə olunduğu üçün təchizat və təminat buna uyğun təşkilolunacaq.
Bakı şəhərində 130 təcili tibbi yardım briqadası, 63 region üzrəisə 270-ə yaxın təcili tibbi yardım briqadası xidmətə hazırvəziyyətə gətirilib. Onlar tibbi ləvazimatlarla, eləcə də dərmanpreparatları və s. ilə tam təmin olunub.
Bundan əlavə, bayram günləri ərzində TƏBİB-in tabeli tibbmüəssisələrinin stasionar şöbələri və təcili tibbi yardım bölmələrifəaliyyətlərini təsdiqlənmiş növbətçilik cədvəllərinə uyğun olaraqhəyata keçirəcək.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən,Novruz və Ramazan bayramları ilə əlaqədar 20-31 mart tarixləriqeyri-iş günü olacaq.