1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"FourFourTwo" nəşri futbol tarixinin 100 ən yaxşı oyunçusunun reytinqini tərtib edib.
Oxu.Az xəbər verir ki, nəşrin versiyasına görə, tarixin ən yaxşı futbolçusu Lionel Messidir. Reytinqdə Pele ikinci, Dieqo Maradona isə üçüncüdür. Kriştianu Ronaldu reytinqdə 4-cü yerdədir.
İlk onluqda Yohan Kroyff, Ronaldo Nazario, Zinəddin Zidan, Frants Bekkenbauer, Alfredo Di Stefano və Marko van Basten kimi əfsanələr yer alıblar.