AFFA İntizam Komitəsi yeni start götürən Region Liqasının iki komandasına texniki məğlubiyyət verib.
Futbolpress.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar verilib.
“Ərgünəş” (Füzuli) – “Ümid” (Saatlı) oyununda birincilərin heyətində lisenziyası olmayan futbolçuların meydana çıxdığı aşkarlanıb. Buna görə “Ərgünəş”ə 0:3 hesablı texniki məğlubiyyət verilib.
“Sabirabad” – “Mil” görüşündə isə ev sahiblərinin heyətində başqa komandanın futbolçusu meydana çıxıb. Bu, “Sabirabad”ın 0:3 hesablı texniki məğlubiyyət almasına səbəb olub.